Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Səfirdən WUF13 könüllülərinə təşəkkür

22 May, 2026 15:16 0
Paylaş:
Səfirdən WUF13 könüllülərinə təşəkkür

Azərbaycanlı könüllülərin fəaliyyəti və forum iştirakçılarına göstərdikləri dəstək tədbirin uğurlu keçməsində mühüm rol oynayıb.

Newsbaku.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero bildirib. O həmçinin vurğulayıb ki, WUF13-də Meksika geniş nümayəndə heyəti ilə təmsil olunub.

“Nümayəndə heyətinə şəhərsalma naziri, Mexiko şəhərinin meri, xarici işlər nazirinin müavini və müxtəlif dövlət qurumlarının təmsilçiləri daxil olub. Meksika artıq WUF14-ə hazırlıq prosesinə başlayır və forumun növbəti sessiyasının uğurla keçirilməsi üçün BMT-Habitat və digər tərəfdaşlarla birgə koordinasiya işləri aparılacaq”. Səfir onu da əlavə edib ki, bu istiqamətdəki böyük öhdəliyimiz və qətiyyətli mövqeyimiz məhz bu gündən qüvvəyə minir: “Meksika şəhərinin nümayəndələri olan həmkarlarım BMT-nin UN-Habitat proqramı ilə birgə əməkdaşlığa və koordinasiya işlərinə başlayırlar.

Bu fəaliyyət Bakıda keçirilən 13-cü WUF sessiyasının uğurlu modelindən ilhamlanaraq, onun buraxdığı zəngin bazaya və təcrübəyə istinadən həyata keçiriləcəkdir”. O bildirib ki, ​Latın Amerikası regionunda, daha öncə Kolumbiyada da bu cür mötəbər tədbir reallaşdırılmışdır: “İndi isə növbəti forumun təşkili bizim qarşımızda böyük və məsuliyyətli bir vəzifə qoyur. Əziz dostlar, hər birinizi Mexiko şəhərində görməkdən məmnunluq duyacağıq. Meksikada belə bir ifadə var:

“Mi casa es tu casa” – yəni “Mənim evim sənin evindir”. Sizi Meksikada gözləyirik”, - deyə səfir nitqini tamamlayıb.

Newsbaku.az