Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Zaur Darabzadəyə ağır İTKİ

22 April, 2026 13:47 0
Paylaş:
Zaur Darabzadəyə ağır İTKİ

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadənin anası Ruqiyyə Darabzadə vəfat edib.

Newsbaku.az xəbər verir ki, bu barədə Z. Darabzadənin yaxınları məlumat verib.

Yas mərasimi aprelin 23-də "Təzəpir" məscidində keçiriləcək. Qeyd edək ki, Zaur Darabzadə Azərbaycanda ilk internet radio "Day.Az Radio"nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb. 2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır.

Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib. Həmçinin, 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Newsbaku.az