ABŞ tərəfi Kubaya humanitar yardım, iki illik pulsuz “Starlink” internet xidməti, kənd təsərrüfatı və infrastruktur dəstəyi təklif edir. Bunun müqabilində isə Havana hakimiyyətindən siyasi məhbusların azad edilməsi, repressiyaların dayandırılması və Amerika biznesinə iqtisadi açılım tələb olunur. Apreldə ABŞ rəsmilərinin Havanaya səfəri də göstərir ki, tərəflər arasında dialoq tam dayanmayıb, lakin qarşılıqlı etimad hələ də olduqca zəifdir. Əslində Vaşinqtonun hazırkı yanaşması klassik “rejim dəyişikliyi” modelindən daha çox “kurs dəyişikliyi” strategiyasını xatırladır.
Newsbaku.az