Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Prezident hərbi xidmətlə bağlı qanuna dəyişikliklər etdi

15 April, 2026 17:57 0
Paylaş:
Prezident hərbi xidmətlə bağlı qanuna dəyişikliklər etdi

Prezident hərbi xidmətlə bağlı qanuna dəyişikliklər etdi yapikredi.com.az HƏRBİ 15 aprel 2026, 17:40 Azərbaycanda hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün müəyyən edilən vaxt uzadılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən yeni dəyişikliyə əsasən, bu proses üçün ayrılan müddət artıq daha uzundur. Yeni qaydalara görə, ordudan tərxis olunan şəxslər yaşayış yerinə çatdıqdan sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək hərbi qeydiyyata alınmalıdırlar. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu müddət cəmi 3 gün idi. Bu dəyişiklik hərbi vəzifəlilərə sənədləşmə işlərini daha rahat həyata keçirmək imkanı yaradır. Sənəddə həmçinin qeyd olunur ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə mütləq şəkildə əvvəlki qeydiyyatdan çıxmalı və yeni olduqları yer üzrə qeydiyyata durmalıdırlar. Bu qayda hərbi uçotun dəqiqliyini təmin etmək məqsədi daşıyır. Ehtiyatda olan vətəndaşların tibbi müayinə məsələlərinə də yenidən baxılıb. Belə ki, xəstəlik səbəbindən xidmət keçmədən ehtiyata buraxılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər. Əgər tibbi komissiya onların xidmətə yararlı olduğunu müəyyən edərsə, həmin şəxslər yenidən çağırışçı statusuna qaytarılır və ümumi qaydada hərbi xidmətə cəlb olunurlar. Bu prosesə cəlb olunan həkimlərin və tibbi heyətin iş yerlərindəki orta aylıq əməkhaqlarının saxlanılması da qanunla zəmanət altına alınıb. Yəni hərbi xidmətdən qayıdan şəxslər artıq 3 gün deyil, bir həftə ərzində hərbi komissarlığa gedib qeydiyyata düşməlidirlər. Həmçinin vaxtilə xəstəliyə görə xidmət etməyənlər 30 yaşına qədər sağalarlarsa, yenidən əsgər getməli olacaqlar.

News Baku.az