Biləsuvar şəhərində nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Newsbaku.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar şəhərində fiziki şəxsə məxsus kafedə yoxlama keçiriblər. Yoxlama nəticəsində kafedə divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Newsbaku.az