Newsbaku.az-ın əldə etdiyi məlumatlara əsasən, rayonun mənzil təsərrüfatı sahəsinə rəhbərlik edən Manaf Manafovun Nərimanov rayonuna icra başçısı postuna, bələdiyyə sədri Təmraz Tağıyevin isə 20 saylı Nərimanov seçki dairəsindən deputat mandatı uğrunda hazırlığa başladığı bildirilir. Qeyri-rəsmi mənbələr iddia edir ki, hər iki tərəf artıq yaxın çevrəsində bu planları açıq şəkildə dilə gətirir. Hətta bəzi iddialarda qeyd olunur ki, müəyyən dəstək imkanları da işə salınıb. Bu kontekstdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adı hallanır. Rayonda isə fərqli mənzərə var. Sakinlər arasında narazılığın artdığı, problemlərin həllini tapmadığı deyilir. Sosial müzakirələrdə fəaliyyət yox, nəticəsizlik ön plana çıxarılır. Bu isə idarəetmə ilə bağlı sualları daha da kəskinləşdirir. Digər tərəfdən, rayon sakinləri arasında narazılıq səsləri də artır. İddialara görə, həm mənzil təsərrüfatı, həm də bələdiyyə səviyyəsində ciddi fəaliyyət boşluğu müşahidə olunur. “Adı var, özü yoxdur” kimi yanaşmalar sosial şəbəkələrdə geniş müzakirə edilir. Mövzunun digər tərəfləri də diqqət çəkir. Belə ki, Milli Məclisin sabiq deputatı Etibar Əliyev bir müddət əvvəl Təmraz Tağıyev tərəfindən təhdid olunduğunu açıqlamışdı. Digər tərəfdən, Tağıyevin adı şəxsi xarakterli müzakirələrdə də hallanmaqda davam edir — sosial mediada yayılan görüntülər hələ də gündəmdən düşmür. Amma yekun dəyişmir: Nərimanovda indi əsas məsələ birdir — kim deputat olacaq, kim icra başçısı. Bütün bu iddiaların nə dərəcədə real olduğu isə açıq qalır.
Newsbaku.az