Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

İstehlak qiymətləri 6%-ə yaxın artdı

14 April, 2026 12:32 0
Paylaş:
İstehlak qiymətləri 6%-ə yaxın artdı

2026-cı ilin yanvar-mart aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-mart aylarına nisbətən 5,7% artıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb qeydə alınıb. 2025-ci ilin mart ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə 0,5 faiz təşkil edib. 2026-cı ilin mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb. Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşmış, yumurta, şabalıd, gül kələmi, brokkoli, sarımsaq, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2026-cı ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artıb. Mart ayında əvvəlki ayla müqayisədə əsasən sement, mebellər, zərgərlik məmulatları bahalaşmış, qış geyimləri, məişət cihazları isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2026-cı ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,7 faiz təşkil edib. Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşmış, xarici ölkələrə təşkil edilən istirahət turlarının dəyəri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

News Baku.az