Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Emalı və dövriyyəsi qadağan olan qida məhsulları - VİDEO

16 April, 2026 17:54 0
Paylaş:
Emalı və dövriyyəsi qadağan olan qida məhsulları - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır. Sahibkarlara tövsiyə olunur ki, satışa təqdim etdikləri məhsulların mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədləri təmin etsinlər, etiketlənmə qaydalarına ciddi əməl etsinlər və istehlakçıları yanlış yönləndirə biləcək məlumatların yayılmasına yol verməsinlər. Bildiririk ki, Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görülür. Sahibkarların bu tələblərə əməl etməsi həm istehlakçıların sağlamlığının qorunmasına, həm də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir.

News Baku.az