Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Azərbaycanda ən çox əhalisi olan rayonlar – İLK ONLUQ

17 April, 2026 09:58 0
Paylaş:
Azərbaycanda ən çox əhalisi olan rayonlar – İLK ONLUQ

Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb. Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Bəs ən çox əhaliyə sahib rayonlar hansılardır? Bizim.Media Azərbaycanda əhalisinin sayına görə ən böyük 10 rayonu təqdim edir: 1. Abşeron Əhalisinin sayına görə ən böyük Abşeron rayonudur. Bu rayonun 491 min 316 nəfər sakini var. Abşeron 4 yanvar 1963-cü ildə rayon statusu alıb. 1966 kvadratkilometr əraziyə malikdir. 2. Şəmkir Şəmkir rayonunun əhalisinin sayı 232 min 393 nəfərdir.1930-cu ildə rayon statusu alan Şəmkirin ərazisi 1660 kvadratkilometrdir. 3. Cəlilabad Cəlilabad rayonunun 231 min 800 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Cəlilabadın ərazisi 1440 kvadratkilometrdir. 4. Lənkəran Lənkəran rayonunun əhalisi 228 min 90 nəfərdir. 1930-cu ildə rayon statusu alan Lənkəranın ərazisi 1539 kvadratkilometrdir. 5. Masallı Masallı rayonunda əhali sayı 225 min 800 nəfərdir. 1930-cu ildə rayon statusu alan Masallının 721 kvadratkilometr ərazisi var. 6. Ağdam Ağdam rayonunun əhali sayı 202 min 200 nəfərdir. 1930-cu ildə rayon statusu alan Ağdamın ərazisi 1150 kvadratkilometrdir. 7. Sabirabad Sabirabad rayonunun əhali sayı 181 min 900 nəfərdir. 1930-cu ildə rayon statusu alan Sabirabadın ərazisi 1469 kvadratkilometrdir. 8. Xaçmaz Xaçmaz rayonunun 178 min 100 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Xaçmazın ərazisi 1045 kvadratkilometrdir. 9. Tovuz Tovuz rayonunun 175 min 500 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Tovuz 1942 kvadratkilometr əraziyə sahibdir. 10. Quba Quba rayonunun əhalisi 170 min nəfərdir. 1930-cu ildə rayon statusu alan Qubanın ərazisi 2610 kvadratkilometrdir.

News Baku.az