Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Dünya

Kuba prezidenti: "ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram"

13 April, 2026 16:16 0
Paylaş:
Kuba prezidenti: "ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram"

"ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram". Bunu "NBC News" telekanalına müsahibəsində Kuba prezidenti Migel Dias-Kanel deyib. Bu, onun ABŞ televiziya kanalına ilk müsahibəsi olub. Prezident Dias-Kanel bildirib ki, kubalılar "müharibə istəmir” və ölkə ABŞ ilə dialoqa hazırdır: "Lakin əgər ABŞ-ın müdaxiləsi baş verərsə, mübarizə olacaq, biz döyüşəcəyik və lazım gələrsə, öləcəyik". Kuba prezidenti həmçinin ABŞ-ın ölkəyə qarşı mövcud blokadasını "ədalətsiz” adlandırıb və Vaşinqtonun hərəkətlərini "pozucu və pis niyyətli” kimi qiymətləndirib. Dias-Kanelin sözlərinə görə, ABŞ-ın Kubaya qarşı hərbi müdaxiləsinə başlamaq üçün "heç bir əsas yoxdur” və belə bir addım "irrasional” olardı. Qeyd edək ki, "NBC News" daha əvvəl də müsahibənin fraqmentlərini yayımlamışdı. Həmin çıxışlarda Dias-Kanel ABŞ-ın təzyiqlərinə baxmayaraq vəzifəsini tərk etməyi planlaşdırmadığını bildirmişdi.

News Baku.az