Newsbaku.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
Belə səviyyədə hər nüansa diqqət etmək lazımdır. Çox məyusam, amma nə etmək olar? Həyat davam edir.
Futbolçulara əziyyətlərinə görə təşəkkür edirəm.
- Demək olar, komanda üçün mövsüm bitib. Digər işlərə başlamağa gecikmirsiniz?
- Komandada I Liqada qalıb, oynamaq istəyən futbolçular var?
- Açığı, öz yanımdan nəsə deyə bilmərəm. Düşünürəm ki, yaxşı təkliflər olsa, onlar da istəyərlər.
- Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundur?
- Futbolçular onlardan nə istədiyimi anlayırlar.
Onlarla münasibətim hər zaman yaxşı olub.
Bəzən hansısa oyunçu ilə soyuqluq yarana bilər, o da onun qazandığı şansla bağlıdır.
Futbolçularla danışıqlar zamanı istəyirik ki, münasibəti daha yaxşı edək.
Ambisiyalı adamam, istəyirəm ki, yaxşı olaq.
Karyeramda heç vaxt bu qədər uduzmamışdım, içim yanır.
Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyəti qəbul edə bilmərəm.
Futbolçuları motivasiya edirəm ki, oynayaq, qalib gələk, döyüşək.
Newsbaku.az