Nazir müavini həmçinin bildirib ki, şəhər yenilənməsi prosesində xüsusi dövlət agentlikləri mühüm rol oynayır. Onun sözlərinə görə, Mərakeşdə yaradılmış agentlik bələdiyyələrlə birgə çalışır və artıq 32 medinadan 28-də bərpa və reabilitasiya işləri aparılıb. Gentrifikasiyanın qarşısını almaq üçün iqtisadi mexanizmlər tətbiq olunur, satış və spekulyasiyaya məhdudiyyətlər qoyulur, kirayə qiymətlərinin tənzimlənməsi istiqamətində iş aparılır. O qeyd edib ki, qısamüddətli kirayələrin məhdudlaşdırılması da mühüm addımdır: “Turistik məqsədli qısamüddətli kirayələr tarixi şəhərlərin sosial strukturuna təsir göstərdiyi üçün nəzarət edilməlidir.
Məqsəd tarixi şəhərlərdə həm mədəni irsi, həm də sosial həyatı qorumaqdır”.
Newsbaku.az