Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Dünya

Əraqçidən ABŞ-yə xəbərdarlıq: “Bataqlıq riski...”

05 May, 2026 08:22 0
Paylaş:
Əraqçidən ABŞ-yə xəbərdarlıq: “Bataqlıq riski...”

“ABŞ prezidenti Donald Trampın strateji dəniz keçidində ilişib qalmış gəmilərin azad edilməsini hədəfləyən "Azadlıq Layihəsi" nəticəsiz layihədir”.

 

Newsbaku.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Onun sözlərinə görə, Hörmüzdəki hadisələr siyasi böhranın hərbi həllinin olmadığını göstərir.

Bundan başqa, İranın xarici işlər naziri ABŞ-ni Pakistan vasitəsilə vasitəçiliyə üstünlük verməyə çağırıb və onları bataqlığa düşmək riski ilə bağlı xəbərdar edib.

A.Əraqçi əlavə edib ki, eyni məsələ Birləşmiş Ərəb Əmirliklərinə də aiddir.

Qeyd edək ki, dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi İranın dron hücumuna məruz qaldığını elan edib.

Newsbaku.az