Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
İqtisadiyyat

“e-müqavilə” altsistemindən istifadəyə dair video-təlimat hazırlanıb - VİDEO

18 May, 2026 12:17 0
Paylaş:
“e-müqavilə” altsistemindən istifadəyə dair video-təlimat hazırlanıb - VİDEO

Dövlət satınalmalarının rəqəmsal müstəvidə idarə edilməsi məqsədilə cari ilin aprel ayından etibarən fəaliyyətə başlayan və yüksək istifadəçi aktivliyinin qeydə alındığı “e-müqavilə” altsistemindən praktiki istifadə qaydalarını əks etdirən video-təlimat hazırlanıb.

Bu barədə Newsbaku.az -a Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, satınalma proseslərinin iştirakçıları üçün altsistemin tətbiqini daha da asanlaşdırmaq məqsədilə hazırlanan təlimatda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron formada yaradılması, razılaşdırılması, imzalanması qaydaları izah olunub.

Bu video bələdçi büdcə təşkilatları və təchizatçıların “e-müqavilə” altsistemindəki avtomatlaşdırılmış prosesləri daha çevik və səmərəli idarə etməsinə imkan verəcək. Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir.

Bu altsistem “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Newsbaku.az