Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Siyasət

"DSA 2026" sərgisində bir sıra görüşlər keçirildi - FOTO

21 April, 2026 16:55 0
Paylaş:
"DSA 2026" sərgisində bir sıra görüşlər keçirildi - FOTO

"DSA 2026" sərgisində bir sıra görüşlər keçirilib.

Bu barədə Newsbaku.az -a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirib ki, müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Malayziyanın Kuala Lumpur şəhərində keçirilən "DSA 2026" 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi çərçivəsində aprelin 21-də Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədrinin müavini İhsan Kaya və qardaş ölkənin "Makina ve Kimya Endüstri" şirkətinin baş direktoru İlhami Keleş ilə görüşüb. Görüşlərdə müdafiə sənayesi üzrə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi, silah və hərbi texnika istehsalı və yeni texnoloji həllərin tətbiqi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr edilib. Tərəflər mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün səylərin davam etdirilməsinin önəmini qeyd ediblər. Sərgi çərçivəsində Malayziyanın Kedah ştatının şahzadəsi Tengku Sarafudin Badlişah, Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Musa Heybət və Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət ediblər.

Onlara Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında ətraflı məlumat verilib.

Newsbaku.az