Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək?

14 May, 2026 14:39 0
Paylaş:
Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək?

Gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər.

Newsbaku.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. DİM sədri qeyd edib ki, hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır:

"Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər".

O həmçinin bildirib ki, növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur:

“Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Məsələ hazırda hələ müzakirə olunur.

Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək".

Məleykə Abbaszadə eyni zamanda gələcəkdə informatika üzrə də imtahanların rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır.

Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq".

Newsbaku.az