Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

132 min şəxsə 424 min xidmət göstərilib

29 April, 2026 12:59 0
Paylaş:
132 min şəxsə 424 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur.

 Newsbaku.az Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, nazirlik tərəfindən həmin sosial dəstək paketi üzrə ötən dövrdə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,6 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 7200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 104 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

•müharibə ilə əlaqədar əlilliyi olan 2465 şəxs 96 min reabilitasiya vasitəsi, o cümlədən 500-dən çox şəxs 622 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 30 minə yaxın şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 424 min xidmət göstərilib.

Newsbaku.az